Azərbaycanda tükürpədici qəza

Xaçmazda qeydə alınan hadisədə 4 nəfər dünyasını dəyişib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub. ANS PRESS-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Natiq Ağaoğlan oğlu Vahidi və 3 nəfər sərnişini hadisə yerində vəfat edib, digər avtomobildə olan sürücü və sərnişin xəsarət alıb.Xilasedicilər hadisə yerinə çatana kimi minik avtomobilində olan 3 nəfərin meyiti, yük avtomobilində olan sürücü və sərnişin vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə "VAZ" markalı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sürücü N.Vahidinin meyitini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:49-da başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31