Qubada maşın divara çırpıldı, yaralılar var
Qəza Quba-Qəşrəş yolunda baş verib
15 May 2013 19:11 KriminalBu gün günorta saatlarında Quba rayonu Quba-Qəşrəş yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan Quba rayon sakinləri 1982-ci il təvəllüdlü Sərxan Şirin oğlu Nağıyev, Xoşqədəm İbrahim qızı Xudayarova cərrahiyyə, Firuz adlı şəxs isə reanimasiya şöbəsində yerləşdirilib. Sonuncu şəxsin vəziyyətinin daha ağır olduğu bildirilir.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31