Narkotika alverçilərinə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Şirvan şəhər sakinləri  Əmirhüseyn Qurbanov və Şövqü Məstəliyevin məhkəmə prosesi yekunlaşıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Əmirhüseyn Qurbanov 6 il 3 ay, Şövqü Məstəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər 2011-ci il dekabrın 1-də Şirvan şəhər Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həbs ediliblər. Onlardan küllü miqdarda narkotik vasitə aşkar edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31