Şəki Apellyasiya Məhkəməsindən Baş Prokurorluğa “yox” cavabı

Şəki Apellyasiya Məhkəməsində oğurluqla məşğul olan Rac Bəkirov, Sahib Mahmudov, Güləli Olamidze və Elşən Qafurovun cəzalarının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb.  Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, baş Prokurorluğun protesti təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Bəkirov 9 il, S. Mahmudov 9 il, G. Olamidze 8 il, E. Qafurov 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2009-cu ildən fəaliyyət göstərən dəstə üzvləri Zaqatala rayon sakinləri, Kamran Məhərrəmovun həyətindən 10 baş qoyun, İmran Ağababayev həyətindən 1 baş inək, Ağdaş rayon sakinləri, Füzuli Abdullayevin həyətindən 1 baş, bu ilin yanvar ayının 24-də isə İnqlab Qasımovun həyətindən 2 baş inək oğurlayıblar.Dəstə üzvlərinin əməli nəticəsində 40-dan çox şəxs zərərçəkən olub.
Dəstə üzvlərindən ilk olaraq Sahib Mahmudov və Rac Bəkirov oğurluq etmək istəyərkən iş başında tutulublar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31