Daxili orqanından dörd büküm narkotik vasitə çıxdı
15 May 2013 15:05 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Seymur Ocaqovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "OLAYLAR"a daxil olan məlumata görə, baxış zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə ümumi xalis çəkisi 192,312 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 23,82 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31