Masallı sakini Bakıda qan tökdü

Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Baskı şəhər Baş Polis İdarəsi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, mayın 5-də M. Qaşqay küçəsində Bakı şəhər sakini Anar Nəsibov bıçaq xəsarətləri ilə KTM-ə yerləşdirilib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Masallı rayon sakini Nurlan Baxşıyev mayın 14-də tutulub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31