“28 May”da cibgirlik edən mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda "28 May" metrostansiyasında uzun müddət cibgirliklə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsi məlumat verib. Məlumatda bildirilir ki, mayın 14-də metronun "28 May" stansiyasında Abşeron rayon sakini Atabala Abıyev və Quba rayon sakini Fəzail İbrahimov Ucar rayon sakini Könül Məmmədovanın əl çantasından mobil telefonunu oğurladıqları üçün Metropolitendə PŞ CAQ-ın əməkdaşları tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, A. Abıyev mayın 13-də həmin stansiyada Asim Mürsəlovun da cibindən içərisində pul, "Kapital Bank"a məxsus kart və şəxsi sənədlər oğurlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31