Gəncədə qadını rüsvayçılıqla hədələyən şəxs tutulub
Qadından 150 manat alan kişinin üzərindən narkotik tapılıb
23 Aprel 2012 16:39 KriminalGəncə şəhərində qadını hədələyən şəxs saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş İntiqam Salmanov, şəhər sakini Sevda Heydərovanın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 150 manat pul alarkən tutulub. Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İ.Salmanovun üzərindən 6,5 qram, evinə baxış zamanı isə əlavə 465 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31