“Azərkörpü”nün işçiləri daşıyan avtobusunda yanğın olub
15 May 2013 13:21 KriminalAbşeronda tikinti şirkətinin işçiləri daşıyan avtobusu yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə axşam saatlarında baş verib. "Azərkörpü" tikinti şirkətinə məxsus, "PAZ" markalı avtobusun salonu yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31