Bakıda sərnişin avtobusu yandı
15 May 2013 13:20 KriminalBakıda Nəqliyyat Nazirliyinin avtomobili şəhərin mərkəzində yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verib. Nəqliyyat Nazirliyinə məxsus vətəndaş tərəfindən idarə olunan "Daewoo" markalı sərnişin avtobusunun arxa təkəri yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31