Şəmkirdə Bəy Hamamında yanğın
15 May 2013 13:19 KriminalŞəmkirdə tanınmış hamam-sauna kompleksində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Gülüstan qəsəbəsində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 430 kv.m olan birmərtəbəli "BƏY-HAMAMI" istirahət kompleksinin saunasında dəhlizin lambirdən ibarət tavanı 5 kv.m sahədə yanıb. Kompleksin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31