Bu il Azərbaycanda 20 nəfər avtobus qəzalarının qurbanı olub

Avtobusların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi baş verib

Bu il yanvarın 1-dən mayın 1-dək respublikada avtobusların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, baş verən hadisələr zamanı 20 nəfər ölüb, 56 nəfər xəsarət alıb. 
Qeyd edək ki, bu ilin ilk dörd ayında Azərbaycanın avtomobil yollarında 904 yol-nəqliyyat hadisəsi (339 ölüm, 983 xəsarət) baş verib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda yol qəzalarının sayı artıb. Belə ki, yol-nəqliyyat hadisələri 20 faiz, ölüm halları 56 faiz, xəsarət alanların sayı isə 16 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31