Bakının mərkəzində dəhşətli qəza, 2 nəfər öldü
14 May 2013 15:32 KriminalBakının mərkəzində dəhşətli yol qəza hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə mayın 14-də saat 03.50 radələrində Səbail rayonu Neftçilər prospektində Bakı şəhər sakini Elşən Əhmədturun idarə etdiyi "Prado" markalı və Bakı şəhər sakini Ruslan Yusufovun idarə etdiyi "Man" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Əhmədtur və sərnişini Samirə Niftalıyeva hadisə yerində ölüb, xəsarət almış R.Yusufov isə xəstəxanaya yerləşdirilib. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31