Xırdalanda avtomobil qaçıran heroin alverçiləri həbs olundu

Abşeronda heroin alverçiləri olan keçmiş məhbuslar avtomobil qaçırdıqları üçün həbs olunublar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, mayın 13-nə keçən gecə Xırdalan şəhəri ərazisindən Roman Orlova məxsus "Daewoo-Lanos" markalı avtomaşın qaçırılıb.  Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  hadisəni törətmiş Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuş  Zaur Əliyev və Rəşad Məmmədov tutulublar.

Rəşad Məmmədovdan 0,210 qram heroin, Zaur Əliyevdən isə 5,91 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31