Bakıda bir ailənin nisgili: bir övlad o dünyaya, digəri isə bu...
14 May 2013 13:16 KriminalBakı şəhərində ailə təzə övladının dünyaya gəlməsinə sevinməmiş, yas mağarı qurdu. Milli.Az-ın məlumatına görə, iki gün əvvəl Nərimanov rayonu, Keşlə qəsəbəsində Bakı-Gəncə ekspress qatarının üstündən keçdiyi 2 yaşlı Yasrundə Məmmədovanın ölümünün nisgilli təfərrüatı məlum olub.
Rayon Prokurorluğundan Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə baş verən gün azyaşlının hamilə anası uşaq dünyaya gətirmək üçün xəstəxanaya aparılıb. Evdə nəzarətsiz qalan Y.Məmmədova isə yaıxnlıqdan keçən dəmir yolu xəttinə çıxıb. Bakı-Gəncə sürət qatarı isə onun üstündən keçib.
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatında hərəkətin təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.