Bakıda daha bir dəhşətli avtobus qəzası: ölənlər var
Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər
14 May 2013 10:29 KriminalBakının Səbail rayonunda sərnişin avtobusunun törətdiyi yol qəzasında 2 nəfər ölüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Toyota" markalı minik avtomobili və "Daewoo" markalı sərnişin avtobusu toqquşub.Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, 2 nəfər qəzada ölüb. "Toyota" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:45 radələrində başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31