Bakıda ağır yol qəzası, 2 nəfər öldü

Bakıda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, hadisə mayın 13-də saat 00.30 radələrində Bakının Mərdəkan qəsəbəsi ərazisində baş verib. Şəhər sakinləri Ağaməmməd Qəhrəmanovun idarə etdiyi "Toyota" markalı və Mirabbas Əlimuradovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əlimuradov və sərnişini Məmmədəli Quliyev hadisə yerində ölüblər.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31