Bakıda uşaq bağçası yandı

Bakıda uşaq bağçasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istindən yaydığı məlumata görə, hadisə Sabunçu rayonunda baş verib. Rayon ərazisindəki uşaq bağçasının həyətində talvar 25 kvadrat metr sahədə yanıb. Bağça binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub, yanğın söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31