Neftçalada dəhşətli qətl
Ər arvadını doğrayıb qayınanasını bıçaqladı
14 İyun 2012 16:09 Kriminalİyunun 13-də Neftçala rayonunda dəhşətli qətl hadisəsi baş verib . Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Mirqurbanlı kəndi ərazisində baş verib. Kənd sakini Anar İmanov ailə münaqişəsi zəminində, arvadı Samirəni bıçaqla qətlə yetirib. Bununla ürəyi soyumayan A. İmanov qayınanasını Cəmiləni də bıçaqlayıb. Yaralı qonşuların köməyilə xəstəxanaya çatdırılıb. A.İmanov Neftçala RPŞ əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31