Türməyə canamazın içərisində telefon keçirmək istədi

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Rəvan Etibar oğlu Şükürova qohumu Rəhman Əli oğlu Axundovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zaman canamazın içərisində gizlədilmiş 1(bir) ədəd "Egitel" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.  Fakt üzrə araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31