Bakıda güclü yanğın, poladəritmə sexi alovlandı

Bakıda poladəritmə sexində qəfil yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLARIN nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə gecə saatlarında Sabunçu rayonunda baş verib.  Ümumi sahəsi 650 kv.m olan poladəritmə sexinin, bitişik olan daha 2 tikilinin və ümumi sahəsi 20 kv.m olan yardımçı tikilinin dam örtüyündə taxta atmalar 850 kv.m sahədə yanıb. Sexin, tikililərin qalan hissəsi, içərisində olan avadanlıqlar və həcmi 10 ton olan yanacaq çəni yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31