Bakıda kapitan köməkçisi özünü gəmidə öldürdü
13 May 2013 11:03 KriminalBakı şəhərinin Xətai rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 12-də Bakı dəniz limanında H 560 hidroqrafiya gəmisində, həmin gəminin kapitan köməkçisi 1990-cı il təvəllüdlü Günəşov Emin Hüseyn oğlunun asılı vəziyyətdə qalmış meyiti tapılıb. 23 yaşlı kapitan köməkçisinin meyiti gəmidəki yanğınsöndürmə qurğusunun borusundan asılı vəziyyətdə aşkarlanıb.Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31