Şəkidə avtomobil dərəyə yuvarlanıb, xəsarət alan var
13 May 2013 10:40 Kriminal.Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəki rayonu, Şəki-Oğuz yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "BMW X-5" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə sıxılmış vəziyyətdə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31