Erməni azərbaycanlını baltaladı

Hadisə Kiyevdə milli zəmində yaranmış mübahisə zəminində baş verib

Milliyətcə erməni olan bir nəfər azərbaycanlını balta ilə vurub. ANS PRESS-in haqqin.az saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 19 radələrində Kiyevdə baş verib.Belə ki, Dağlıq  Qarabağdan olan erməni Xıdıryan Misak Adenosoviş Masallı rayonunun Bədalan kəndindən olan Əzizov Elşən Azad oğlunu balta lə doğrayıb.Məlumata görə, bir gün əvvəl onların arasında milli zəmində mübahiə düşüb. Hadisədən bir gün sonra Misak Xıdıryan balta götürərək Elşən Əzizovu evinin yanında arxadan hücum edərək balta ilə başından zərbə endirib.Hazırda həmyerlimiz Kiyev şəhər xəstəxanasının reanimasiya palatasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31