Qələbə günü Azərbaycanda fahişəxanalar dağıdıldı

Rayonda bir neçə fahişəxana aşkarlanıb

Ötən gün Azərbaycanda bir neçə fahişəxana aşkarlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdədə və Goranboyda fəaliyyət göstərən kafelərin fahişəxana kimi istifadə edildiyi məlum olub.

Keçirilən əməliyyat zamanı Bərdə rayonunun Hüseynbəyli kəndindəki "Aran" kafesində oranın işçisi Şəhriyar Əliyevin, Göranboy rayonunun Qızılhacılı kəndindəki "Çənlibel" kafesində isə oranın işçisi Xumar İsgəndərovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib. Onlar saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31