Kürdəmirdə 3 yaşlı uşaq döyülərək qətlə yetirilib

Kürdəmirdə 3 yaşlı uşaq döyülərək qətlə yetirilib. Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri rəsmi nigah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib hadisə yerindən qaçıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində Q.Sülemanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31