Xudatlıları təhqir edən hərbçi barəsində cinayət işi açılmayıb
İşdən kənarlaşdırılan Rövşən Səfərovun işini hərbi prokurorluq araşdıracaq
10 May 2013 16:59 KriminalXudat şəhərində yerli camaatı təhqir edən hərbi hissə komandiri Rövşən Səfərov barəsində bütün materiallar rayon prokrorluğunda toplanıb. ANS PRESS-in verdiyi xəbərə görə, onun barəsində hələ cinayət işi açılmayıb.
R. Səfərov hərbçi olduğundan işi hərbi prokurorluğa göndərilib. Həmin şəxs işdən kənarlaşdırılıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hal-hazırda Xudatda vəziyyət normaldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31