Xudatda qəza törədən polkovniklə bağlı faktlar prokurorluğa göndərilib
Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev də Xudatda olub və yerli sakinlərlə görüşüb
10 May 2013 11:53 KriminalXaçmaz rayonunun Xudat şəhərində vəziyyət yenidən gərginləşib. Baş verən yol qəzasından sonra yaran insidentlə əlaqədar olaraq keçirilən etiraz aksiyasının axşam saatlarına qədər davam etdiyi bidirilir. ANS PRESS-in məlumatına görə, şəhər sakinləri yenidən Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin qarşısına toplaşıblar. Polisin müdaxiləsinə baxmayaraq aksiya iştirakçıları tələbləri yerinə yetirilməyincə dağılışmayacaqlarını bəyan ediblər. Aksiya iştirakçılarının ANS PRESS-ə verdiyi məlumata görə, hərbi hissə rəhbərliyi sakinlərə münaqişənin ədalətlə araşdırılacağını və günahkarın mütləq məsuliyyətə cəlb ediləcəyini bildirib. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də Xudatda olub və yerli sakinlərlə görüşüb.
Xaçmaz rayon Polis İdarəsinin rəsi müavini Valik Vəlimatov hadisə ilə bağlı ANS PRESS-ə bildirib ki, hazrda tam sakitlikdi. Baş vermiş hadisə rayon rəhbərliyinin də diqqət mərkəzindədir. "Zərərçəkənin şikayət ərizəsi alınıb. Ekspertizadan keçməsi üçün sənəd verilib. Rəhbərliyin göstərişi ilə araşdırma aparılır. Zərərçəkənin ərizəsi əsasında faktla toplanıb, hadisə şahidlərinin izahatı alınıb və toplanmış sübutlar rayon araşdırılması üçün rayon prokurorluğuna göndərilib", - rəis müavini əlavə edib. Rəis müavini günahı sübuta yetiriləcəyi təqdirdə hərbçinin məsuliyyətə cəlb ediləcəyini də istisna etməyib.
Xatırladaq ki, bu gün Xaçmaz rayonun Xudat şəhərində Dövlət Sərhəd Xidmətinin Xudat dəstəsinin rəisi polkovnik Rövşən Səfərov yol qəzası törədib. O, içərisində bir ailənin üzvləri olan VAZ-2104 makalı avitomobili vurub. Sonra avtomobil sahibini döyüb. Şahidlər hərbçinin sərxoş olduğunu iddia edirlər.