Mikroavtobus qəzasında ölənlərin və yaralananların adları bilindi - SİYAHI

İyunun 13-də saat 16:10 radələrində Göygöl rayonu ərazisində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə-Şəmkir yolunun 17-ci kilometrliyində Uşqara kəndi ərazisində "Hyundai" markalı 10 RA 398 nömrə nişanlı yük maşını ilə "Mercedes Vita" markalı 20 DB 618 dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb. İlkin məlumatlarda ölənlərin sayının 5 olduğu bildirilsə də, həmin şəxslərdən birinin komada olduğu məlum olub və ağır yaralı xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində ölən şəxslər bunlardır: "Mercedes Vita"-nın sürücüsü, Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü İsmayılov Ramin Ələddin oğlu, sərnişinlər - Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Əbdürrəhmanov Valeh Hümbət oğlu, Sumqayıt sakini, 1950-ci il təvəllüdlü Nuriyev Muradəli Mirzəqulu oğlu, Bakı sakini, 1959-cu il təvəllüdlü Qəmbərov Vüqar Qiyas oğlu. Yaralılar: "Mercedes Vita"-nın sərnişinləri - Gədəbəy sakini, 1995-ci il təvəllüdlü Hüseynov Orxan Arzu oğlu, Şəmkir sakini, 1959-cu il təvəllüdlü Əliyev Şahlar İsa oğlu, Sumqayıt sakini, 1958-ci il təvəllüdlü Qəmbərov İlham Qiyas oğlu, "Hyundai"-ın sürücüsü Bakı sakini, 1980-ci il təvəllüdlü Abbasov Xəyyam Nürəddin oğlu, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Elşən Vidadi oğlu. Yaralıların vəziyyəti ağırdır. İ.Qəmbərov isə koma vəziyyətindədir.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31