Bakıda qətl törədən silahlı şəxs təslim oldu

Bakda silahla qətl törədən şəxs könüllü təslim olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 8-də saat 03.40 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.  Qəsəbə sakini Rizvan Hüseynov münaqişə zəminində tapançadan atəş açaraq həmyerlisi Zöhrab Əliyevi qətlə yetirib. R.Hüseynov könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək təslim olmuş və hadisəni törədərkən  istifadə etdiyi "Makarov" markalı tapançanı təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31