Sabunçuda kafedə qətl hadisəsi

Bakıda kafedə iki şəxs arasında mübahisə qətllə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 7-də Sabunçu rayonu ərazisindəki "Uluxanlı" kafesində baş verib. Bakı şəhər sakini Aqil Rzayev münaqişə zəminində bıçaqla həmyerlisi Rövşən İsmayılovu qətlə yetirib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rzayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31