Bakıda tavanı çökən yataqxana ilə bağlı rəsmi açıqlama
Hadisə yerinə Binəqədi rayon İcra Hakimiyyətinn işçiləri göndərilib
8 May 2013 15:56 KriminalÖtən gün Bakının Dərnəgül qəsəbəsində, N.Tusi adına Pedoqoji Universitetin 2 saylı yataqxanasının 3-cü mərtəbəsinin tavanı çökməsi barədə məlumata reaksiya verilib. Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Tamilla Hacıyeva ANS PRESS-ə verdiyi məlumata görə, yataqxanada tavana vurulan iki ədəd lambir düşüb. Nəticədə, heç kim xəsarət almayıb və heç kəs yataqxanadan evakuasiya edilməyib. Hadisənin rütubət səbəbindən baş verdiyi bildirilir. Tamilla Hacıyevanın sözlərinəgörə, oradan su-kanalizasiya boruları keçir. "Ora işçilərimiz göndərilib. Problem aradan qaldırılır".
Xatırladaq ki, ötən gün Bakının Dərnəgül qəsəbəsində, N.Tusi adına Pedoqoji Universitetin 2 saylı yataqxanasının 3-cü mərtəbəsinin tavanı çökməsi barədə məlumat yayılmışdı. Bu barədə Yataqxanada məskunlaşan köçkünlərin ANS PRESS-ə məlumat veriblər. Uçqun nəticəsində 2 nəfərin xəsarət alması bildirilirilib. Binada məskunlaşanların sözlərinə görə, bütün sakinlər ən zəruri əşyalarını götürərək binanı tərk edib. Sakinlərin sözlərinə görə, uçqunun səviyyəsi getdikcə böyüyüb.