Rusiyada azərbaycanlı iki azyaşlı qıza təcavüz edib
53 yaşlı kişi uşaqlara yaxın olmaq üçün onların nənəsindən istifadə etmək niyyətində olub
8 May 2013 15:54 KriminalRusiyada pedofillikdə ittiham edilən azərbaycanlı saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycandan Rusiyaya gedən 53 yaşlı kişi 8 və 10 yaşlı qızlara yaxın ola bilmək üçün ilk olaraq onların nənələri ilə yaxınlıq qurub.
Amma o əməlini tam həyata keçirə bilmədən tutulub. Belə ki, may ayının 7-də Podolsk şəhər sakini polisə müraciət edib və azərbaycan vətəndaşının onun azyaşlı qızlarına qarşı seksual xarakterli hərəkətlər etdiyini deyib.
Adıaçıqlanmayan şəxs ötən ilin iyun ayından bu ilin mayına kimi uşaqların etibarından sui istifadə edərək dəfələrlə onlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verib.