Bakıda saxta əmək kitabçası satan şəxs saxlanılıb
8 May 2013 14:36 KriminalBakıda saxta əmək kitabçası satan şəxs saxlanılıb.
Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asiyaxanım Hüseynova həmyerlisi Gülarə Bədirova tərəfindən Biləcəri qəsəbə sakini Orxan İmanovun adına düzəldilmiş saxta əmək kitabçasını 420 manata satarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31