Dəhşətli yol qəzasında beş nəfər ölüb, yaralananlar var
13 İyun 2012 18:46 KriminalBu gün saat 16:00 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Göygöl rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, qəza nəticəsində 20 BB 618 dövlət nömrə nişanlı "Mercedes" markalı sərnişin avtobusu ilə 10 RA 398 dövlət nömrə nişanlı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, yaralananlar var. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31