Azərbaycanda 20 yaşlı qız özünü 6-cı mərtəbədən atdı
O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib
8 May 2013 12:32 KriminalMingəçevirdə intihar edən 20 yaşlı Nilufər Məhərrəmovanın ailədə problemi olub. Bu barədə Mingəçevirdə şəhər polis bölməsindən ANS PRESS-ə məlumat verilib. İlkin araşdırmalar zamanı onun özünü pəncərədən atmamışdan əvvəl evdə valideynləri ilə mübahisə etdiyi deyilir. Nilufərin anası qızını danlayıb. Sonradan isə qız intihar edib.
Lakin intiharın dəqiq səbəbləri aparılan istintaqdan sonra məlum olacaq. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
**
Mingəçevirdə 20 yaşlı qız intihar edib. Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb.
O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.