Tovuzda dəhşətli qəza VIDEO

Hadisə nəticəsində Qovlardan Tovuz istiqamətində şütüyən "Mercedes" yol kənarındakı dərəyə yuvarlanıb.

Tovuz. AMA. Mayın 7-də Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində dəhşətli avtomobil qəzası baş verib. AMA.az xəbər verir ki, hadisə saat 18:23 radələrində Tovuz-Qovlar yolunun 3-cü kilometrliyində - Əsrikçay körpüsünün yaxınlığında qeydə alınıb. Qəza zamanı 60 BM 013 dövlət nömrə nişanlı "Mersedes Benz E-230" markalı avtomaşınla "Vaz-21 07" markalı avtomobil toqquşub. Bu zaman Tovuzdan Qovlar istiqamətində hərəkət edən 10 KO 185  dövlət nömrə nişanlı "Vaz-21 07"-ni idarə edən sürücü, 1948-ci il təvəllüdlü, Aşağı Quşçu kənd sakini Rəsulov Namaz İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər avtomobildə olan 1974-cü il təvəllüdlü sürücü Həsənov Fuad Hidayət oğlu isə, həmkəndlisindən fərqli olaraq qəzanı zədə almadan adladıb. Hadisə nəticəsində Qovlardan Tovuz istiqamətində şütüyən "Mercedes" yol kənarındakı dərəyə yuvarlanıb. Əkin sahəsinə aşan nəqliyyat vasitəsi istifadəyə yararsız hala düşüb. Yerdəki təkər izləri onu deməyə əsas verir ki, avtomobillərdən biri və ya hər  ikisi sürət həddini aşıb. AMA-ya açıqlamasında sürücü Həsənov Fuad dəhşətli qəza zamanı hadisənin necə baş verdiyini xatırlamadığını deyib.

Tovuz rayonu Təcilii tibbi yardım xidmətinin həkimi Bayraməli Nəcəfov isə AMA-ya bildirdi ki, xəstənin vəziyyəti orta olaraq qalır. Nəcəfov yaralının bədənində kəsiklərin və bir neçə sıyrıntı izlərinin olduğunu söylədi. O, açıqlamasında həmçinin vurğuladı ki, zərərçəkən Namaz Rəsulov xəstəxanaya yüksək təzyiqlə yerləşdirilib. Həkim bunun həyacan və qorxudan olduğunu qeyd etdi. Bayraməli Nəcəfov yaralının müayinədən sonr rentgen şöbəsinə yerləşdiriləcəyini dedi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31