Sumqayıt sakini Bakıda silahla yaxalandı
7 May 2013 16:21 KriminalBakıda silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Mahmudovdan 1 ədəd xaricdə istehsal olunmuş "Valter" tipli tapança, 6 ədəd patron və 1 patron darağı götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31