Bakıda civə satan tutuldu
Bakı şəhər sakini Ruslan Germanda içərisində 6 kiloqram civə olan şüşə qab aşkar edilib
7 May 2013 14:50 KriminalBakı sakinindən civə götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Germanda içərisində 6 kiloqram civə olan şüşə qab aşkar edilib.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində R.Germana civəni satan Bakı şəhər sakini David Seyfullayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31