Qubada qonşu qonşusunu ölümünə bıçaqladı

Quba şəhərindəki "Aynur" ticarət mərkəzində dəhşətli bıçaqlanma hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat veriblər. Rayon sakini Nahid Bağıyev adıçəkilən ticarət mərkəzinə gələrək orada həmyerlisi ilə mübahisə edib. Mübahisə davaya çevrilib və o həmyerlisi Əvəz Xələfova çoxsaylı bıçaq xəsarətləri yetirib.  Əvəz Xəlilov təcili xəstəxanaya çatdılrılıb və əməliyyat olunub. N.Bağıyev Quba RPŞ əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31