Bir gündə iki nəfər qətlə yetirildi

Azərbaycanda bir gündə iki nəfər naməlum şəxs tərəfindən qətlə yetirilib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. İyunun 12-də Quba rayon sakini Arif Eyyubovun baş nahiyəsində xəsarəti olan meyiti  yaşadığı evdən tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Quba RPŞ tərəfindən aparılır. Həmin gün daha bir oxşar hadisə Lerik rayonunda baş verib. Lerik rayonunun Murya kəndində, kənd sakini Ahil İbrahimovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Məlumata görə, mərhum evinin yaxınlığında qətlə yetirilib. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Lerik RPŞ tərəfindən aparılsa da, hələlik hər iki hadisəni törədən şəxslər tapılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31