“Etalon İnşaat”ın vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Etalon İnşaat"ın MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin  aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması  aşkar edilmişdir. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılmışdır. Nəticədə  vətəndaşlar - Məzahir Abdullayevə 39 min 710 manat, Baladayı Məmmədova 49 min 59 manat, Xankişi Xankişiyevə 50 min 751 manat, Camal Omarova 36 min 696 manat məbləğində və digər şəxslərə külli miqdarda ziyan vurulmuşdur. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31