Bakıda xalaya əmanət edilən məktəbli qız yoxa çıxdı

Bakının Yasamal rayonunda məktəbli qız yoxa çıxıb.  Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Tolstoy küçəsi ev 75-də yaşayan 16 yaşlı Sevinc Zalova evdən çıxb və geri qayıtlamyıb. Qızın yoxa çıxması ilə bağlı qızın xalası Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə məlumat verib. Onun bildirdiyinə görə, S.Zalovanın anası hazırda xarici ölkədədir. Ona tapşırılan bacısı qızından isə xəbər yoxdur. Xala qızın sevdiyi oğlanın olduğunu da polisə deyib. Ehtimal olunur ki, qız həmin oğlanla gedib. 
Hazırda məktəblinin axtarışı davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31