Bakıda “Semaşko”nun həyətində qətlə yetirilmış meyid tapıldı
6 May 2013 17:54 KriminalBakıda Kliniki Tibbi Mərkəzin(Semaşko)həyətindən qətlə yetirilmiş kişi meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 5-də Nəsimi rayonu ərazisindəki Kliniki Tibbi Mərkəzin həyətinə döş qəfəsində bıçaq xəsarəti olan 20-25 yaşlı kişi meyiti atılıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Hökməli qəsəbəsinin ərazisindəki kafedə Özbəkistan vətəndaşı Nizaməddin İsabayev tərəfindən münaqişə zəminində qətlə yetirilməsi müəyyən edilib. N.İsabayev tutulmuş və izahatında qətlə yetirdiyi şəxsin Özbəkistan vətəndaşı Ənvər olmasını bildirib.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31