Bakıda öldürülən əcnəbi tələbənin qətlində sevgi versiyası VIDEO
6 May 2013 16:30 KriminalBakı şəhərində alman tələbənin qatili tutuldu. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə Vüsal Şilderə məxsus olan hesablarda gəncin yaxınları qətlin baş vermə səbəbi kimi onun sevgilisinin də adını hallandırıblar.
----------
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, mayın 2-i Ə.Rəcəbli küçəsində iki bıçaq zərbəsi ilə qətlə yetirilmiş Almaniya vətəndaşı Vüsal Şilderi öldürməkdə şübhəli bilinən Şabran rayon sakini Elman İsgəndərov mayın 5-də yaxalanıb.
Əvvəllər məhkum olunmuş həmin şəxsə qarşı Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, BŞBPİ-nin cinayət-axtarış idarəsi, Təhlükəsiz Şəhər xidməti, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, 18-ci polis bölməsi, Şabran Rayon Polis Şöbəsi əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər.
Milli.Az-ın əldə etdiyi məlumata görə, V.Şilder aprel ayında qəzaya düşüb. Onun avtomobilini əzmişdilər. Ehtimal olunurdu ki, onu öldürənlər də elə həmin şəxslər ola bilərlər.
Nərimanov Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, qətlin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparır.