Yevlaxda “Jiquli” yük maşını ilə toqquşdu, iki nəfər öldü

Bakı-Qazax yolunda dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakı-Qazax yolunun 291-ci kilometrliyində, Yevlax rayonu ərazisində "VAZ" markalı minik avtomobili və "SHACMAN" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobilinin sürücüsü - 1987-ci il təvəllüdlü Fəxri İlyas oğlu Məmmədov və sərnişin - 1984-cü il təvəllüdlü İlqar Nəsib oğlu Nəsirov hadisə yerində ölüb. Aran Regional Mərkəzinin xilasediciləri cəsədləri aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 23:37-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31