Bakıda özbəklər arasında qanlı dava: ölən var

Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hökməli dairəsi yaxınlığında, kafenin qarşısında Özbəkistan Respublikası vətəndaşı İsabayev Nizamuddin Faziluddin oğlu həmyerlisi Anvar adlı şəxsi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır. Ölən şəxsin kimliyi və digər məqamlar araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31