Azərbaycanda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldı

Hadisə Yevlaxda baş verib

Ötən gecə saat 23:00 radələrində Yevlax rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "VAZ" markalı minik avtomobililə "Shagman" markalı yük avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı "VAZ" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olub. Qəza nəticəsində ölən sürücünün başı bədənindən ayrılıb.Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bədəndən ayrılmış baş nahiyəsini avtomobildən çıxarılıb. Əməliyyat saat 23:37 radələrində başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31