İranda həbs edilmiş Azərbaycan vətəndaşlarından biri azadlığa buraxıldı

Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov yaxın günlərdə Bakıya qayıdacaq

İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalidin sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə "Trend"ə İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumanlı məlumat verib. Onun sözlərinə görə, bu xəbəri ona Şamxal Hüseynovun həyat yoldaşı Fatimə Hüseynova və qardaşı Nicat Hüseynov verib."Cümə axşamı günü Şamxal Hüseynov yoldaşı Fatimə Hüseynovaya zəng edərək bildirib ki, onu azadlığa buraxıblar. Yaxın günlərdə Şamxal Hüseynov Bakıya gələcək", - deyə Arzumanlı əlavə edib.O bildirib ki, İranın rəsmi qaydalarına görə, xarici vətəndaşlara hər hansı hadisəyə görə təqsirləndirilmiş və ya həbs edilmiş, sonradan isə azadlığa buraxılmış İran vətəndaşları ilə görüşmək qadağandır.İran XİN də məlumat yayaraq bildirib ki, Azərbaycan vətəndaşları qeyri-qanuni əlaqələr qurmaqda - qanunla qadağan edilmiş şəxslərlə görüşməkdə ittiham edilirlər.Qeyd edək ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETELAAT tərəfindən saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31