Abşeronda 8 nəfər zəhərlənib
Onlardan 1-i dünyasını dəyişib
3 May 2013 17:54 KriminalAbşeronda 8 nəfər zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məılumata görə, mayın 2-də Abşeron rayonu Qobu qəsəbə sakini Aygül Hüseynova evindən dərmandan zəhərlənmə ilə, Xırdalan şəhər sakinləri Rais Mikayılov, Məleykə Mikayılova, Leyla Mikayılova və onun bacısı Şəhla dəm qazından, Sumqayıt şəhər sakini Esmira Səfərova evindən zəhərlənmə ilə, Sumqayıt şəhər sakini Nurlan Cəfərov evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Aprelin 30-da sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Abşeron rayon sakini Kamil Hüseynov isə dünən orada dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31